Qalereya

 Nümayiş etdirilən əsərlər ekoloji baxımdan təmiz materiallardan hazırlanır.

Plastik: Super sculpey, Sculpey, modelləşdirmə üçün olan pasta Das, paper clay, boyaq maddələri, laklar və s. peşəkar iş fəaliyyəti üçün nəzərdə tutulmuşdur.

Əsərlərin əsası olan altlıq təbii ağacdan, karkas metaldan hazırlanır, gövdə hissəsi isə təbii pambıq ilə doldurulur. Fiqurların üz, əl və ayaqları yuxarıda adları çəkilən plastiklərdən hazırlanır, əsasən təbii, nadir hallarda isə süni saçlardan istifadə edilir, üz cizgiləri isə akril vasitəsilə çəkilir.

Əsərlərin davamı olan altlıq hissənin bədii tərtibatında mürəkkəb bədii üsullardan istifadə edilir. Aksessuarlar, ayaqqabılar, zərgərlik məmulatları da müəllif tərəfindən hazırlanır.

Hər bir sənət əsəri istifadə olunmuş materialın adının, məmulatın ölçüsünün, yaradılma tarixinin və müəllifin möhüründən qeyd olunduğu sertifikata malikdir.

Sərgidə nümayiş etdirilən əsərlərin orta həcmli ölçüsü 35x35x55 sm-dən 60х40х90 sm-ə qədərdir.

© 2013 ElmiraAbbasly.com
free counters